Bu ilin III rübündə ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” şirkəti .xalis mənfəətini 1.5 dəfə artırıb.
İqtisadiyyat.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin gəliri 11% artaraq 158,88 milyard dollara çatıb.
Bildirilib ki, mallar seqmentində gəlir 7% artaraq 67,6 milyard dollara, xidmətlərdə isə bu rəqəm 14% artaraq 91,28 milyard dollara çatıb.
"Amazon"un Şimali Amerikadakı onlayn pərakəndə biznesi iyul-sentyabr aylarında gəlirini 9% artıraraq 95,5 milyard dollara, xaricdən gəliri isə 12% artaraq 35,9 milyard dollara çatdırıb.