Şimali Koreya qitələrarası ballistik raket buraxdığını təsdiqlədi
Şimali Koreya cümə axşamı ən son “Hwasong-19” qitələrarası ballistik raket buraxdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Mərkəzi Xəbər Agentliyinə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, raket maksimum 7687,5 km yüksəkliyə qalxaraq 1 min km-dən çox məsafə qət edib.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, KXDR tərəfindən buraxılan raket rekord 86 dəqiqə ərzində uçuşda olub və bu müddət ərzində record 7 min km hündürlüyə qalxıb. O, 1 min km məsafə qət edib və Yaponiyanın eksklüziv iqtisadi zonasından kənarda, Hokkaydo yaxınlığında, Yaponiyanın Okuşiri adasından təxminən 200 km qərbə düşüb.