AZ

"GTA" və "Counter strike" bu ölkədə qadağan edildi

Tacikistanda "GTA" və "Counter Strike" oynamaq qadağan edilib.

Kulis.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Düşənbə şəhəri üzrə İdarəsi öz teleqram kanalında məlumat yayıb.

Mədəniyyət Nazirliyinin ekspertizasına görə, bu oyunlarda zorakılıq, qəddarlıq, qətl və quldurluq elementləri var.

Qeyd edək ki, 2017-ci ildə Düşənbə meri azyaşlıların gecə vaxtı əyləncə mərkəzlərinə və kompüter klublarına getməsini qadağan edib.

Seçilən
38
kulis.az

1Mənbələr