İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağında keçirdiyi əməliyyatlar oktyabrın 31-də anklavda ən azı 95 fələstinlinin ölümü ilə nəticələnib.
Editor.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Telekanala görə, Qəzza zolağının şimal hissəsinə bir sıra hava hücumları nəticəsində azı 75 fələstinli həlak olub. Daha 20-yə yaxın insanın meyiti anklavın digər ərazilərində tapılıb.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS yaraqlılarının İsrail ərazisinə hücumundan sonra Yaxın Şərqdə vəziyyət gərginləşib.
//Samir Qurbanov, Editor.az