Türkiyənin “Qalatasaray” klubundan daha bir neçə futbolçu ayrıla bilər.
“Cebheinfo.az” xəbər verir ki, baş məşqçi Okan Buruk 3 futbolçunu heyətdə saxlamağı düşünmür.
Bunlar Hakim Ziyeç, Viktor Nelson və Yusuf Dəmirdir. Sözügedən futbolçular yanvar ayında klubdan ayrıla bilərlər. Türkiyə mediasında yer alan iddialara əsasən, “Cim-Bom” bu 3 oyunçunun yerinə yeni transferlər edə bilməsə, onları gənc futbolçularla əvəzləyəcək.