AZ

Qusar İcra Hakimiyyəti bazarın qapısını BAĞLADI – FOTO

Qusar şəhərindəki Çingiz Qurbanov küçəsi - 14 ünvanında yaşayan sakinlərini uzun müddət idi ki, şəhər bazarı ilə bağlı bir məsələ narahat edirdi. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, təzə bazarın giriş qapısının çoxmənzilli binanın həyətinə açılması sakinlərin haqlı narazılığına səbəb olurdu.
 

Binanın həyətinin avtodayanacağa çevrilmiş, kənar şəxslər tərəfindən zəbt olunmuşdu. Həyətdə uşaqların oynamağı üçün yer qalmamış, vətəndaşların öz evinə sərbəst girib çıxması, bloklara giriş müşkül məsələyə dönmüşdü. Üstəlik də səs-küydən sakinlər evlərində otura bilmirdilər. Sözügedən problemin həlli ilə bağlı sakinlər Qusar rayon İcra Hakimiyyətinə müraciət ediblər.


Qurum tərəfindən məsələyə reaksiya verilib və bazarın çoxmənzilli binaya açılan giriş qapısı bağlandı.

Artıq binanın həyətində süni yaradılan avtodayanacaq ləğv olunub və sakinlər evlərinə rahat gəlib-gedə bilirlər. 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
81
11
bizim.media

10Mənbələr