Türkiyə BRICS-in gələcək inkişafına əhəmiyyətli töhfə verə bilər.
İnterpress.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Türkiyənin üzvlük parametrləri ilə bağlı qərar bütün BRİCS ölkələrinin və Türkiyənin suveren seçiminə hörmət və fikir birliyi əsasında veriləcək”, – o qeyd edib.
Oktyabrın 24-də Türkiyənin BRİCS tərəfdaş ölkəsi statusu alan 13 dövlətin siyahısına daxil edildiyi məlum olub.
BRİCS dövlətlərarası assosiasiyadır, 5 dövlətin birliyidir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika.
24 avqust 2023-cü ildə assosiasiyaya İran, Argentina, Misir, Efiopiya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olub.
Xuraman Etibarlı
İnterpress.az