Kanada digər dövlətləri Ukraynaya Rusiyanın ərazisindəki hədəflərə uzaqmənzilli zərbələr vurmaq üçün icazə vermək zərurətinə inandırmağa çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə Kanada xarici işlər naziri Melani Coli Monrealda Sülh Formulu konfransının sonunda bildirib.
Colinin sözlərinə görə, Kanada Ukraynaya Rusiya ərazisinə dərin zərbələr endirmək üçün icazə verilməsini dəstəkləyir.
O, bunun Ukraynanın Rusiya təcavüzündən özünü müdafiə etməsinin bir hissəsi olduğunu vurğulayıb.
"Biz digər ölkələri də bu mövqeyi qəbul etməyə inandırmağa çalışırıq", – deyə Kanada xarici işlər naziri qeyd edib.
KİV əvvəllər ABŞ kəşfiyyatının və Pentaqonun qiymətləndirməsinə əsasən, Ukraynaya Rusiya ərazisinə uzaqmənzilli zərbələr endirmək icazəsinin verilməsinin Kiyevə daha çox zərər gətirəcəyi, buna görə də müvafiq siyasətin dəyişdirilməməsinin tövsiyə olunduğunu bildirmişdi.
Keçən ay ABŞ prezidenti Ukraynanın uzaqmənzilli silah tətbiq etməsi üçün məhdudiyyətlərin aradan qaldırılma ehtimalına işarə edərək, onun administrasiyasının "bu məsələ üzərində çalışdığını" söyləmişdi.
Eyni zamanda, Pentaqonun rəhbəri Lloyd Ostin Ukrayna üçün Qərb silahları ilə uzaqmənzilli zərbələr vurulması üzərində qoyulan məhdudiyyətləri müdafiə edib və Ukraynanın belə bir potensial olmadan da Rusiyaya qalib gələ biləcəyində israr edib.
Alpər