Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi daha bir tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, qurumun Mənzil İstismar Departamentı su nasoslarının satınalınmasını həyata keçirəcək.
Rəsmi məlumata görə, bununla bağlı “AZ SYSTEMS” MMC ilə 289.176,7 manatlıq satınalma müqaviləsi imzalanıb.
İlk baxışdan burada qeyri-adi nəsə yoxdur. Lakin iki gün öncə “Qaçqınkom”un məhz su nansoları almaq üçün daha bir tenderini aşıqlamasına diqqət etdikdə, ortaya fərqli mənzərə çıxır. Belə ki, oktyabrın 29-da sözügedən dövlət qurumu su nasoslarının alınması üçün “Nurel Elektrik” MMC ilə 699.852,1 manatlıq müqavilə imzalayıb.
İndi sual yaranır ki, “Qaçqınkom” üst-üstə 1 milyon manatlıq su nasosları ilə nə etmək istəyir? Və ya bu qədər nasos nəyə lazımdır?
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta