AZ

28 yaşlı sabiq futbolçu tufanın qurbanı olub

İspaniyanın “Valensiya” futbol akademiyasının yetirməsi Xose Kastilyexo 28 yaşında vəfat edib.

İdman.biz xəbər verir ki, buna Valensiya şəhərində yaşanan şiddətli daşqınlar səbəb olub.

Sabiq futbolçu İspaniyada baş verən güclü sel nəticəsində ölüb. Son iki gündə davam edən “Dana” tufanında indiyə qədər 155 insan həyatını itirib.

Qeyd edək ki, Kastilyexonun son klubu “Vilamarksant” olub. O, 2020-ci ildən sonra başqa heç bir klubda oynayamayıb.

İdman.biz

Seçilən
68
idman.biz

1Mənbələr