Lerik Rayon Mərkəzi Xəstəxanasının həkimi Güloğlan Abbasov noyabrın 31-də vəfat edib.
Bu barədə Modern.az-a Lerik rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd edək ki, Güloğlan Abbasov 1951-ci ildə Lerik rayonu Şinəband kəndində anadan olub. 1970-1977-ci illər ərzində N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə işi fakültəsində təhsil alıb.
1977-1978-ci illər ərzində Bakı şəhəri Qaradağ rayonu Tibb səhiyyə hissəsində terapiya üzrə internatura keçib.
1978-1987-ci illər ərzində Lerik rayonu Nurəvud kənd xəstəxanasında terapevt, 1987-1991-ci illər ərzində Lerik rayonu Nurəvud kənd xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib.
1991- ildən Lerik Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində oftalmoloq vəzifəsində çalışıb.