AZ

"Azərbaycanda elektirik və qaz limiti aradan qaldırılsın" - Deputatdan TƏKLİF

"Dağ kəndlərinin üzləşdiyi problemlər qışda daha çox üzə çıxır. Məsələn, İlisuda qazlaşma ilə bağlı problemlər var. Onlar da soyuq olduqları üçün qazdan çox istifadə edirlər".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlamentin bu gün keçirilən iclasında deyib.

"Buna görə sakinlər qaz limiti məsələsinə yenidən baxılmağı xahiş edir. Dağ kəndlərində qaz limitlərinə yenidən baxılsın və Azərbaycanda elektirik və qaz limiti aradan qaldırılsın. Bu, ölkəyə maliyyə yükü olmaz. Bu, vətəndaş məmnunluğu yaradacaq".

Türkan İSGƏNDƏRLİ

Seçilən
51
1
redaktor.az

2Mənbələr