AZ

“Ukrayna ordusu Rusiya ərazilərinə zərbə endirə bilər” – Mayk Törner

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri Mayk Törner əmindir ki, Birləşmiş Ştatlar və NATO müttəfiqləri Ukrayna ərazisində yerləşərsə və onlar Ukraynanın tərəfində hərbi əməliyyatlarda iştirak edərlərsə, Rusiya Federasiyası tərəfindən cəbhəyə gətirilən Şimali Koreya qoşunlarına birbaşa hücum etmək imkanını nəzərdən keçirməlidirlər.

Yenicag.az “Voice of America”ya istinadla xəbər verir ki, bu barədə konqresmenin bəyanatında qeyd olunub.

Törner həmçinin hesab edir ki, Ukrayna Rusiyanın hücumlarına müttəfiqlərin Rusiya ərazisinin dərinliklərindəki hədəflərə silah zərbələri ilə cavab verməlidir.

O qeyd edib ki, Şimali Koreya qoşunlarının Ukraynaya qarşı müharibədə iştirakı ABŞ və NATO üçün qırmızı xətt olmalıdır və müttəfiqlər Ukraynada döyüşürsə, Şimali Koreya qoşunlarına hücumları istisna etməməlidir.

“İnanıram ki, ABŞ və NATO müttəfiqləri Ukraynada olarsa, Şimali Koreya qoşunlarına birbaşa hücum etmək imkanlarını ciddi şəkildə müzakirə etməli və nəzərdən keçirməlidirlər”, – Törner bildirib.

Onun sözlərinə görə, Şimali Koreya qoşunlarının Avropada yeri yoxdur və onlar Avropa ölkəsinə hücum etməməlidirlər.

“Hesab edirəm ki, Asiya və Şimali Koreya qoşunlarının Avropa ölkəsinə girib hücum etməməsi NATO-nun və NATO üzvü kimi ABŞ-nin maraqlarına uyğundur”, – konqresmen əlavə edib.

O vurğulayıb ki, Şimali Koreya qoşunlarına hücum qərarı mütləq verilməməlidir:

“Fikrimcə, bu mövzuda məlumatlı müzakirə aparılmalıdır. Onlar müzakirə etməlidirlər ki, Şimali Koreya qoşunları ABŞ və NATO-nun etibarlı hərbi hədəfləri olmaqdan kənarda qalmasın”.

Xatırladaq ki, ABŞ nümayəndələri bir gün əvvəl bildirmişdilər ki, 8 minə yaxın Şimali Koreya əsgəri hazırda Kursk vilayətinin ərazisindədir.
ABŞ-nin son hesablamalarına görə, KXDR təlim keçmək və Ukraynaya qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Rusiyaya 10 minə yaxın hərbçi göndərib. Ukrayna prezidenti Volodimir Zelenski isə Qərb ölkələrinin KXDR-in hərbi müdaxiləsinə reaksiyasını “sıfır” adlandırıb.

Rafi Müslümov

Seçilən
6
50
yenicag.az

10Mənbələr