"Azərbaycan xalqı zəfər bayramını qeyd edəcək. Biz 4 il bundan əvvəl öz torpaqlarımızı geri qaytardıq".
Redaktor.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü iclasında deyib.
"Proseslərin təhlili göstərir ki, antiazərbaycanlılar indiki gənclərin beynini yumaq, onları Azərbaycana qarşı doldurmaq istəyirlər. Qonşu Gürcüstanda da belə layihələri gördük. Azərbaycan gəncinin düşüncə və fikirlərini demək olar ki zəhərləyiblər. Buna görə də maarifləndirmə işləri aparılmalı, mediada da bunu təbliğ etməldirlər", - deyə millət vəkili bildirib.
Türkan İSGƏNDƏRLİ