Xatırladaq ki, millimizin hücumçusunun ilk iki qolu 2-ci bundesliqada - "Qroyter" və "Regensburq"la matçlarda qeydə alınıb. Dünən baş verənlərə gəlincə, həmyerlimizin şərəfini qoruduğu “Nürnberq” ölkə kubokunun 1/16 final oyununda səfərdə bundesliqa təmsilçisi “Hoffenhaym”a uduzmaqla mübarizəni dayandırdı – 1:2. Bəli, yeganə qolun müəllifi 81-ci dəqiqədə əvəzlənən Emreli oldu. Bu üzdən Almaniya mətbuatı qonaqların məğlubiyyətindən bəhs edərkən Mahirin uğuruna da yer verir.
Nümunə üçün “Bild”in reportyoru Marko Verzingerin fikirlərinə nəzər salaq:
“Stefanos Simas və Mahir Emreli... Möhtəşəm duet... Onlar artıq qollarını meqaulduz Kriştiano Ronaldo kimi qeyd edir. Tullanırlar və qollarını çarpazlaşdırırlar. İndi “Nürnberq” hücumlarda çox fəaldı və artıq qol vurmaq çətin sınaq deyil. Görünür, Miroslav Kloze öz Klozesini tapıb. Xristof Daferner, Dayçi Hayaşi, Manuel Vintzheymer kimi uğursuz hücumçulardan sonra “Nürnberq”də belə hərəkətlilik görmək çox yaxşıdı”.
“Bild”in digər əməkdaşı Niko Celev də Mahirin komanda üçün faydalı transfer olduğunu qeyd edib:
“İki qol buraxdıq. Amma komandamdan çox razı qaldım” – bu sözləri “Nürnberq”in baş məşqçisi Miroslav Kloze dedi. Haqlıdımı? Əlbəttə. Komanda bundesliqa təmsilçisinə qarşı əzmkar oyun göstərdi. Çoxsaylı şanslar yaratdı, cəsarətli çıxış etdi. Amma həmin fürsətlərdən yalnız biri qolla tamamlandı. Qonaqlar çox yaxşı peformans sərgiləsə də, Mahirin bərabərlik qolundan başqa nəyəsə nail olmadı. Azarkeşlər azərbaycanlı futbolçunu alqışladı, qolunu qeyd etdi. Ən əsası odu ki, məğlubiyyətə görə “Nürnberq” düşərgəsində narazılıq, hansısa etiraz olmadı.
Beləliklə, Miroslav Klozenin komandasında uğurlu futbolçular var və bir məğlubiyyət “Nürnberq”in eyforiyasına ziyan verməyib”.
Beləliklə, Miroslav Klozenin komandasında uğurlu futbolçular var və bir məğlubiyyət “Nürnberq”in eyforiyasına ziyan verməyib”.
KƏNAN BAHADIR