Oktyabrın 31-də ADPU-nun Quba filialında Azәrbaycan Yazıçılar Birliyi Әdәbiyyat Fondunun vəAzәrbaycan Respublikası Mәdәniyyәt Nazirliyinin birgə təşkilatçılığı ilə“Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihәsinin təqdimat mərasimi keçirilib.
Tədbir ADPU-nun Quba filialı Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilib.
Filialın direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev tədbiri açaraq gənc nəslin formalaşmasında kitabın, mütaliənin, ədəbiyyatın əvəzsiz rolunu ön plana çəkib və mütaliənin faydasından, gənclərin gələcək həyatlarındankı tərbiyəvi rolundan danışıb. Tələbələrdə mütaliəyə maraq oyatmaq üçün universitetdə görülən işlərdən, yaradılan şəraitdən, bu sayaq tədbirlərin keçirilməsi zəririliyindən bəhs edib.
Daha sonra Ədəbiyyat Fondunun Baş Direktoru, yazıçı, layihənin rəhbəri Varis Yolçiyevə söz verilib. O öz çıxışında2024-cü ildә Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumәt tәşkilatları üçün qrant müsabiqәsi” elan olunmasını vəqalibin Ədəbiyyat Fondunun “Yeniyetmә vә gәnclәrdә mütaliә mәdәniyyәtinin formalaşdırılması” layihəsinin olduğunu qeyd edib. Varis Yolçiyev onu da diqqətə çatdırıb ki, günümüzdә böyük әhәmiyyәt kәsb edәn bu layihәnin birinci mәrhәlәsindә gәnclәr üçün mütaliәnin faydaları barәdә yaddaş kitabçası olan “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” kitabı vә onların mütaliəsi üçün isə “Sizin üçün seçdik” adlı müasir әdәbiyyat antologiyası nәşr edilib. İkinci mərhələdə isə Bakıda, Sumqayıtda, Gəncədə və Qubada hədəf auditoriyası ilə görüşlər keçirilir, mütaliənin faydaları barədə mühazirələr oxunur, kitablar hədiyyə edilir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxış edərək bölgədə ədəbiyyatın bugünkü mənzərəsi, gənclərdə ədəbiyyata sevgi oyatmaq üçün görülən işlər barədə söz açıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çağdaş günümüzdə türk dövlətlərində mütaliəyə maraq oyadan yeni metodlardan, gənc şair və yazıçıların ədəbiyyata verdikləri töhfələrdən bəhs edib.
Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov bölgədə kitabxanaların fədakar zəhmətindən, hazırkı internet əsrində kağız kitablara oxucu marağı oyatmaq üçün gördükləri işlərdən bəhs edib.
Daha sonra Qubanın ağsaqqalı, filialın Filologiya kafedrasının baş müəllimi Eyvaz Şeydayev keçmişdə və indi kitaba olan marağı müqayisəli şəkildə təhlil edib, günümüzdə gənclərə mütaliə sevgisi yaratmaq üçün qarşıda dayanan əsas vəzifələrdən bəhs edib.
Quba ədəbi mühitinin seçilənnümayəndələrindən Ayaz Səlimxanoğlunun, eləcə də gənc yazarlar, filialın istedadlı tələbələrindən olan gənc şair Günəş İskəndərov və qiraətçi Aynur Əliverdiyevanın çıxışları dinlənilib.
Tədbir interaktiv sual-cavab formasında davam edib, sonda hər bir tədbir iştirakçısına “Mütaliə mədəniyyətini necə formalaşdırmalı” və “Sizin üçün seçdik” kitabları hədiyyə edilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.