AZ

“COP29 ərəfəsində DSX tərəfindən sənədlərin operativ yoxlanışı və icrası təmin ediləcək“ - ELŞƏN VERDİYEV

“Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin inkişafı, maddi-texniki bazasının genişləndirilməsi Ulu Öndər Heydərin əsasını qoyduğu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Hazırda müasir tələblərə uyğun sərhəd infrastrukturu yaradılıb”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin rəisi general-leytenant Elşən Verdiyev deyib.

O bildirib ki, 1658 qaynar xəttinə 100 mindən artıq zəng daxil olmuş və hər biri cavablandırılmışdır:

“COP29-a Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı ölkəmizdə müxtəlif hazırlıq işləri görülür. Bu mənada ölkəmizə gələn xarici qonaqların pasport nəzarətindən sürətli keçidinin təminin edilməsi məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən zəruri tədbirlər görülüb, bütün tapşırıqlar tam icra olunub. DSX olaraq nüfuzlu tədbirlərlə bağlı sənədlərin operativ yoxlanışı və icrasını təmin edəcək, qonaqların ölkəmizdən xoş təəssüratla ayrılmasına nail olacağıq”.

Müəllif: Səbinə Hüseynli
Seçilən
30
1
sia.az

2Mənbələr