AZ

Baydenin səhvi Kamala Harrisi qələbədən məhrum edə bilər

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərinin son günlərində “zibil” qalmaqalı həlledici faktora çevrilə bilər.

Herbiand.az bildirir ki, bu barədə Bild nəşri yazıb.

ABŞ prezidenti Co Bayden prezidentliyə namizəd olan Donald Tramp tərəfdarlarını “zibil” adlandırıb. Ağ Ev bunu anlaşılmazlıq kimi izah etməyə çalışıb, lakin artıq gec olub: Tramp və tərəfdarları X sosial şəbəkəsində Baydenə hücum ediblər.

Amerikalı milyarder İlon Mask isə “Amerikanın yarısı”nı zibil adlandırdığına görə prezidentə qəzəblənib.

Tramp Baydenin sözlərini 2016-cı ildə öz seçicilərini “acınacaqlı dəstə” adlandıran Hillari Klintonla müqayisə edib. Bu, Klintonun ölümcül səhvinə çevrilib və ona çoxlu səs bahasına başa gəlib.

“Zibil” qalmaqalı Kamala Harris üçün fəlakətdir. Baş verənlərin mənfi təsirini yumşaltmağa çalışan Harris Baydendən uzaqlaşır. O, artıq jurnalistlərə deyib ki, insanların səslərinə görə tənqid edilməsi ilə “tamamilə razı deyil” və “bütün amerikalılar üçün” prezident olacaq: “Mənə səs versəniz də, verməsəniz də”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
24
herbiand.az

1Mənbələr