AZ

Bu gün Azərbaycanda baboş, mamoşların təbliği gedir - Deputat

Bu günlərdə Roma güləşi üzrə dünya çempionatında Eldəniz Əzizli 4-cü dəfə dünya çempionu oldu və bu, çox böyük uğurdur, bir ilkdir.

Ölkə.Az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışı zamanı deyib

Deputatın sözlərinə görə, Hacı Əliyev kimi idmançılarımızın yetişdiyi sərbəst güləşimiz niyə uğur qazana bilmədi. “Səbəbi isə bu, legionerlərlə bağlı olan məsələdir. Legioner bir neçə ildən sonra çıxıb gedir, məktəb yarada bilmir”, - deyən Fazil Mustafa qeyd edib ki, futbolda da vəziyyət belədir.

“Dünyanın əksər klublarında 70 gürcü futbolçu çıxış edir. Amma bir azərbaycanlı futbolçunu dünyaya transfer olunacaq səviyyədə yetişdirə bilməmişik”, - deputat vurğulayıb.

Deputat daha sonra əlavə edib ki, Eldəniz Əzizli 4 dəfə dünya çempionu olub, Hacı Əliyev 3 dəfə: “Amma ölkədəki məktəblərin heç birinin girişində onların şəkillərinə rast gəlmirik. Çox yaxşı ki, şəhidlərimizin hamısının şəkilləri məktəblərimizin girişində, digər yerlərdə vurulub. Amma canlı qəhrəmanlarımızın şəkillərini görə bilmirik. Ona görə də baboşların, mamoşların təbliğatı gedir”.

Mürtəza
Ölkə.Az

Seçilən
45
4
olke.az

5Mənbələr