Beynəlxalq bazarlarda "Brent" markalı neftin qiyməti "oynayır". Artıq bir barrel neft 74,01 dollara satılır
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün 74,21 dollara kimi bahalaşan "Brent" markalı neftin bir barel qiyməti günü 74,02 dollarla başa vurub.
Bu gün isə "Brent"inn bir barelinin qiyməti Bakı vaxtilə saat 10.42-də təxminən 0,01 faiz azalaraq 74,01 dollar olub: "Eyni saatda "West Texas Intermediate" (WTI) xam neftinin bir bareli 70,31 dollara satılıb".
Məlumat üçün onu da bildirək ki, ötən gün əvvəlki həftə ilə müqayisədə "Brent" markalı neftin barel qiyməti 2,2 faiz artıb.
Ekspertlər iddia edir ki, neft ehtiyatlarının böyük hissəsinin mövcud olduğu Yaxın Şərqdə müharibənin genişlənməsi qlobal tədarük qayğıları kontekstindən narahatlıq yaradıb ki, bu da qiymətləri yuxarıya doğru irəliləməsinə təsir edir: "Bu məsələdə İranın İsrailin oktyabrın 26-dakı hücumuna təkrar cavab verməyə hazırlaşması haqda xəbərlərin də təsiri az deyil".
Qeyd edək ki, İran bir neçə gündür ard-rda açıqlama yayaraq İsrailə noyabrın 5-dək (ABŞ-da seçki günü - Mia.az) qisas cavabı veriləcəyini bəyan edir.
Lamiyə Əhmədli
MİA.AZ