AZ

MDB Gürcüstanın birliyə qayıtmasına tərəfdardır

Müstəqil Dövlətlər Birliyi Gürcüstanın üzvlüyə qayıtmasının tərəfdarıdır və Moldova və Ukraynanın MDB-dən həmişəlik çıxmayacağına ümid edir. Bunu birliyin baş katibi Sergey Lebedev “İzvestiya”ya deyib.

“MDB dövlət başçıları dəfələrlə bildiriblər ki, birliyə qayıtmaq üçün qapılar təkcə keçmiş üzvlər üçün deyil, digər ölkələr üçün də açıqdır. Buna görə də bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko Moldova, Ukrayna və Gürcüstanın birlik çərçivəsində qarşılıqlı fəaliyyətə qayıdacaqlarına ümid etdiyini bildirib. Mən bu fikri ikiəlli dəstəkləyirəm”, - deyə Lebedev bildirib.

Moldova haqqında danışan baş katib ölkənin digər MDB üzvləri ilə güclü iqtisadi əlaqələrini qeyd edib. Onun fikrincə, ölkənin Aİ-yə daxil olmaq istəyi birliyə üzvlüklə ziddiyyət təşkil etmir. Sergey Lebedev hesab edir ki, son konstitusiya referendumu göstərib ki, moldovalılar MDB ilə əlaqələri kəsmək istəmirlər: “Bizim iqtisadi əlaqələrimiz çox güclüdür. Moldovanın birlikdə qalması faydalıdır. Vacib olan budur ki, xalq MDB ölkələri, ilk növbədə, Rusiya və Belarusla əlaqələrin davam etdirilməsinə tərəfdardır”.

P.ƏMİRCANOV
XQ

Seçilən
99
xalqqazeti.az

1Mənbələr