İsrailin Qəzza zolağının mərkəzi hissəsini bombalaması nəticəsində 47 nəfər həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA səhiyyə mənbələrinə əsaslanaraq məlumat yayıb.
Belə ki, İsrail ordusu Deyr əl-Belah, Nusayrat və Zavayidanın müxtəlif bölgələrində hücumlar təşkil edərək evləri bombalayıb.
Hücumlardan sonra 47 fələstinlinin cənazəsi Əqsa Şəhidləri Xəstəxanasına çatdırılıb. İsrailin hücumları nəticəsində əksəriyyəti uşaq və qadın olan onlarla insan yaralanıb.
Yerli mənbələrin məlumatına görə, İsrail ordusu Nusayratda müxtəlif bölgələrdən didərgin düşmüş qohumların yaşadığı bir çox evi hədəf alıb. İsrailin evləri bombalamasından sonra bəzi insanlar köməyə gəlib.
Bundan sonra İsrail qüvvələri ikinci dəfə bölgəyə hücum edib. Ölənlərin əksəriyyətinin bu bölgədən olduğu qeyd edilib.
Əli Hüseynov