AZ

Spikerdən deputatlara irad: “Statistik rəqəmlərə istinad edin”

Parlamentin bugünkü plenar iclasında deputatlar Aqil Abbas və Səyyad Salahlı ölkədə həkim çatışmazlığını gündəmə gətirib və bölgələrdə bu problemin daha çox olduğunu deyiblər.

“Cebheinfo.az” xəbər verir ki, hər iki deputat  “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsinin ikinci oxunuşunda çıxış edərək həkim çatışmazlığına diqqət çəkib.

Parlamentin spikeri isə hər iki deputata statistik məlumatlara istinad etmədən çıxış etdikləri üçün irad tutub:

“Rayonların adını çəkirsiniz, əlinizdə elə bir fakt varmı?Çıxış edəndə statistik rəqəmlərə və rəsmi məlumatlara istinad edin. 

Sizin bu fikirləriniz sanki ölkədə səhiyyə sisteminin tamamilə yox olduğu kimi görünür”.

Seçilən
38
1
cebheinfo.az

1Mənbələr