AZ

“Şeydayevə Azərbaycan pasportu almaq üçün pul verilib”

Rusiyalı məşqçi Vladislav Radimov hücumçu Ramil Şeydayevin Azərbaycan yığmasını seçməsi ilə bağlı maraqlı açıqlama ilə gündəmə gəlib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “Zenit”in əvəzedici komandasında oynadığı vaxtlarda Şeydayevin pula üstünlük verdiyini söyləyib:

“Düşünürəm ki, Şeydayevin pul qazanmağa çox diqqət etməsi səhv idi. Ona Azərbaycan pasportu almaq üçün pul verilib. Şeydayev Aleksandr Qolovinin da olduğu komandada bir nömrə idi. Yaşıdları arasında ən yaxşı hücumçu sayılırdı. Lakin seçimindən sonra özünü itirdi. “Trabzonspor”, “Jilina”, “Qarabağ”… Bütün bunlar ona mane oldu. Eşitdiyimə görə, Azərbaycanı seçməsi üçün 500 min dollardan bir milyona qədər pul amışdı”.

Şeydayev 2016-cı ildə Azərbaycan yığmasına dəvət alıb. O, millidə 67 oyunda 10 qol vurub.

Seçilən
50
futbolpress.az

1Mənbələr