"Mətbuatda bələdiyyələrlə bağlı mənfi yazılar üstünlük təşkil edir".
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bələdiyyələrin gördüyü müsbət işlərlə bağlı da yazılar yazılmalıdır. "Mətbuatda, sosial şəbəkələrdə "bələdiyyə sədri işdən çıxarıldı", "qanunsuzsuzluq etdi" və s. kimi yazılar yazılır. Bu yazılar da insanlarda elə təsəvvür yaradır ki, sanki bələdiyyə sistemi bərbad gündədir.
Düzdür, qarşıdan bələdiyyə seçkiləri gəlir və müsbət yazılar artıq reklam xarakteri daşıya bilər amma düşünürəm ki, bu məsələdə diqqətli olmaq lazımdır".