AZ

Sərhəd nəzarətində əsas təhlükə mənbələri AÇIQLANDI

Dövlət sərhədindən hərəkət edən şəxslərin sənədlərində olan saxtakarlıqlar əsas təhlükə mənbəyidir.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarət Komandanlığına təşkil olunan mediaturda komandanlığın rəisi general-leytenant Elşən Verdiyev deyib.

O qeyd edib ki, narkotik vasitələrin, partlayıcı maddələrin, silahların, kütləvi qırğın silahlarının və onların komponentlərinin dövlət sərhədindən keçirilməsi əsas təhlükə mənbələrindəndir.

"Əsas vəzifəmiz odur ki, buraxılış məntəqələrində hərəkət edən şəxsləri, nəqliyyat vasitələrini, etibarlı sərhəd nəzarətinin tətbiq edilməsi, qanunvericiliyə uyğun olaraq onların sənədlərinin rəsmiləşdirilməsi, eyni zamanda narkotik vasitələrin, radiokativ maddələrin keçirilməsinin qarşısnı almaqdır".

Seçilən
54
9
operativmm.az

10Mənbələr