AZ

Maşını xarab olan sürücü özünü təhlükəyə atdı - Qanunla belə etməli idi - VİDEO

Bakı-Sumqayıt yolunda məcburi dayanma edən sürücü özünü təhlükəyə atıb. Avtosfer.az xəbər verir ki, avtomobilində nasazlıq yaranan sürücü cərimədən qorxduğu üçün hərəkət zolağında dayanıb. Lakin məcburi dayanma ilə bağlı nə qəza dayanma nişanını quraşdırıb, nə də işıq siqnallarını qoşub.

Bir müddət əvvəl sürücülərə qaranlıq qalan bu məsələyə aydınlıq gətirərək məlumat dərc etmişdik. Bir daha qeyd edirik ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə görə, avtobus zolağında dayanmaq qadağan olunduğu kimi, ikinci zolaqda da dayanmaq qadağandır. Lakin bu qanunun 55-ci maddəsində qeyd olunub ki, məcburi dayanma vəziyyəti yaranarsa sürücü imkan daxilində nəqliyyat vasitəsini hərəkət hissəsinin kənarına çəkməlidir. Hətta mümkündürsə hərəkət hissəsindən çıxarmalıdır. Amma hərəkət hissəsindən kənara çıxarmaq mümükün deyilsə, ən azından hərəkət hissəsinin kənarına çəkməlidir. Hərəkət hissəsinin kənarında avtobus zolağı varsa sürücü bu zolaqda məcburi dayanma edə bilər. Avtomobili təxliyyə edənə qədər və yaxud da məcburi dayanmanın səbəbini aradan qaldırana qədər avtobus zolağında dayanan sürücüyə heç bir cərimə yazılmamalıdır.

 

Könül Rauf

Seçilən
65
avtosfer.az

1Mənbələr