AZ

İlin 10 ayında Azərbaycan sərhədindən keçənlərin sayı açıqlanıb

2024-cü ilin on ayı ərzində dövlət sərhədindən hərəkət edən şəxslərin sayı 7 milyon 917 min 396 nəfər olub.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarət Komandanlığına təşkil olunan mediaturda komandanlığın rəisi general-leytenant Elşən Verdiyev deyib.

"Bir milyondan çox nəqliyyat vasitəsi qeydiyyata alınıb. Ötən illə müqayisədə şəxslərin sayında 22 faiz, nəqliyyat vasitələrin sayında isə 10 faiz artım var. Bu artım dinamikası əvvəlki illərdən də çoxdur", - o qeyd edib.

Seçilən
36
6
operativmedia.az

8Mənbələr