"Real Madrid"in türkiyəli yarımmüdafiəçi Arda Gülərlə bağlı planları bəlli olub.
Fanat.Az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “kral klubu" yarımmüdafiəçinin meydanda daha çox oyun keçirməyə layiq olduğunu düşünür. "Real" rəhbərliyi Güləri başqa kluba buraxmayacaq. Futbolçunun özü də Madriddə qalmaq və burada uğur qazanmaq istəyir.
Baxmayaraq ki, mətbuatda yarımmüdafiəçinin "Liverpul"a mümkün transferi ilə bağlı xəbərlər yayılıb. Mersisaydlıların futbolçu üçün 70 milyon avro təklif etməyə hazır olduğu iddia edilir.
Arda 2023-cü ildə "Real Madrid"ə keçib. Yarımmüdafiəçinin İspaniya nəhəngi ilə 2029-cu ilin yayına qədər müddətə müqaviləsi qüvvədədir.
Mirağa