"Hazırda uçot dərəcəsi neytral vəziyyətdədir. Biz faizlərin artırılması və ya azaldılması barədə qərar qəbul edərəkən həm xarici, həm də daxili amilləri nəzərdən keçiririk".
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədir Taleh Kazımov bildirib.
Sədr qeyd edib ki, Azərbaycanın ticarət tərəfdaşı olan bir sıra ölkələrdə inflyasiyanın artımı müşahidə olunur, bir sıra ölkələrdə isə yüksək olaraq qalır: "Biz daha çox xarici sektorda baş verən prosesləri izləyirik. Daxili amillərə gəldikdə isə istehlak xərclərinin və büdcə xərlərinin artması inflyasiyaya artıcı təsir göstərir".
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.