Bakıda dəmir yolu vağzalı və “28 May” metro stansiyasının qarşısında ərazinin yenidən qurulması və abadlaşdırılması işləri başa çatdırılıb.
Yenidən qurulmadan sonra ərazinin böyük hissəsi piyada zonasına çevrilib, park yaradılıb. Bu gün Azərbaycan prezidenti İlham Əliyev görülən işlərlə tanış olub.
Ümumi sahəsi 2300 kvadrat metrə yaxıın olan yaşıl zonada 200-dən çox ağac və 15 mindən çox kol əkilib.
Parkda 2 fəvvarə, iki dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.