Ötən ilin 10 ayı ilə müqayisədə cari ildə ölkəyə gələn şəxslərin və nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur.
"Operativ Media" xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarəti Komandanlığında keçirilən mediaturda DSX Sərhəd Nəzarətinin rəisi Elşən Verdiyev deyib.
O qeyd edib ki, cari il ölkəyə gələn şəxslərin sayında 22 faiz, nəqliyyat vasitələrin də isə 10 faiz artım olub.