"Oktyabrın 26-da keçirilən parlament seçkiləri təmiz keçib və hakimiyyət hər kəsə dəstək verən sübutlar təqdim etməyə hazırdır".
Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
O, bildirib ki, hər kəs Gürcüstanın müstəqil dövlət olması və orada qəbul edilmiş qanunların tətbiqi faktı ilə barışmalıdır.
"Biz təmiz seçkilər keçirməyimizə əmin olmaq istəyən hər kəsə tamamilə açığıq. ATƏT/DTİHB-nin missiyanın seçkilərimizi ədalətli və azad adlandırmadığı qənaətinə gəlməsi ilə bağlı çoxlu bəyanatlar verilir. Lakin bu təşkilat öz hesabatlarında belə terminologiyadan istifadə etmir. Mətbuat konfransında beynəlxalq müşahidəçilər birbaşa seçkilərin legitimliyi haqqında danışıblar", - deyə Kobaxidze qeyd edib.
Gülşən Şərif