Türkiyənin turizm gəlirləri 3,9 faiz artaraq 23 milyard 219 milyon 751 min dollara çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.
Gəlirlərin 14,7 faizi xaricdə yaşayan və vətənlərinə dincəlmək üçün gələn Türkiyə vətəndaşlarının payına düşüb. Səfərlər həm fərdi, həm də turizm agentlikləri vasitəsilə planlaşdırılıb.
Turistlərin şəxsi ehtiyacları üçün xərcləri 15 milyard 77 milyon 957 min, turpaketlər üçün isə 8 milyard 141 milyon 794 min dollar təşkil edib.