"Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) inzibati protokol yazılıb.
Pravda.az xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
İş Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Qanuni təmsilçisi İbrahimov Rəşad Arif oğlu olan "Araz Supermarket" MMC tanınmış iş adamı Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.
Xəyal Quliyev