AZ

İngiltərə mətbuatı Altay Bayındırın performansını bəyənmədi

İngiltərə liqa kubokunun 1/8 finalında ''Mançester Yunayted'' ''Lester''i qəbul etdi.

Erik ten Haqın istefaya göndərilməsindən sonra müvəqqəti baş məşqçi funksiyasını icra edən Ruud van Nistelroyun başçılığı altındakı ilk oyunda ''qırmızı şeytanlar'' 5:2 hesablı inamlı qələbə qazandılar. Bu oyunda manikunianların qapısını Altay Bayındır qorudu. Türkiyəli qapıçının performansı İngiltərə mətbuatı tərəfindən çox da bəyənilmədi.

Xüsusilə qonaqların vurduğu ilk qolda Altayın səhvi diqqət çəkdi. O asma zamanı yumruqla topu istədiyi kimi uzaqlaşdıra bilmədi. Bilal Əl-Xannus da önünə düşən topu tora göndərdi. İkinci buraxılan qolda Altayın günahı olmadı. Türkiyə yığmasının üzvü ikinci hissədə isə bir epizodda qüvvətli zərbə zamanı dirəyin də köməyi ilə qola imkan verməyərək alqış qazandı. ''Daily Mail'' nəşri Altaya 6,5 bal verdi.

''Manchester Evening Standard'' nəşrində bu sözlərə yer verildi:

''Altay ilk dəfə premyer-liqanın başqa bir klubuna qarşı oynadı. Performansı inandırıcı görünmədi. ''Lester''in ilk qolu vurması ilə nəticələnən səhvə yol verdi. Başqa zəif nöqtələri də oldu. Amma ikinci hissədə vacib məqamda əla seyv etdi''.

''Standard'' nəşrində isə bunlar qeyd olundu:

''Yunayted'' oyunun böyük hissəsinə nəzarət etsə də, Altay qapıda güvən vermədi. Özünəəmin görsənmirdi. ''Lester''in ilk qolunda yol verdiyi səhvi ikinci hissənin əvvəllərində də təkrarladı. Amma həmin epizod qolla nəticələnmədi. Yalnız bir epizodda ciddi qurtarış etdi ki, onun sayəsində balını bir qədər yüksəltdi''.

Qeyd edək ki, ''Yunayted''də ikinci mövsümünü keçirən 26 yaşlı qapıçı cəmi 3-cü rəsmi oyuna çıxdı.

ƏLİ
Seçilən
49
football-plus.az

1Mənbələr