AZ

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini 60 %, sığorta müqavilələrinin sayını isə 50 % azaldacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi brifinqdə bildirib.

Onun fikrincə, yaranacaq boşluğu yaxın 3 il ərzində özəl sektor dolduracaq.

Xatırladaq ki, gələn ildən dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılması nəzərdə tutulur.

Seçilən
42
1
far.az

3Mənbələr