AZ

Gələn il toyuq və yumurta qiymətlərində ciddi artım gözlənilir

İran Yumurtlayan Toyuq İstehsalçıları Birliyinin sədri Naser Nəbi Pur xəbərdarlıq edib ki, gələn il toyuq və yumurta qiymətlərində ciddi artım olacaq.

“Dideban İran” veb saytının xəbərinə görə, bəzi ərzaq məhsullarının, o cümlədən toyuq və yumurtanın qiymətinin yüksəlməsi ilə bağlı bazar fəalları, toyuq yetişdirilməsi üçün lazım olan yem və dərman maddələrinin bahalaşmasının yaxın zamanda bu məhsulların qiymətinə təsir edəcəyini bildiriblər. Naser Nəbi Purun sözlərinə görə, son həftələrdə baş verən əhəmiyyətli valyuta artımı altı ay ərzində, yəni gələn ilin ilk aylarında toyuq və yumurta qiymətlərinə təsir göstərəcək.

“Dideban İran” xəbər verir ki, 1404-cü ilin əvvəllərində valyuta məzənnəsinin artmasının təsirindən əsas ərzaq məhsullarının, o cümlədən toyuq və yumurtanın qiymətlərinin yüksəlməsi gözlənilir. İranın Toyuq İstehsalçıları Birliyinin icraçı direktoru da bildirib ki, sərbəst bazarda dolların yüksəlməsi milli valyutanın dəyərini aşağı salır və bu, toyuq və yumurta qaçaqmalçılığının artmasına səbəb ola bilər.

Bu xəbərdarlıqlar, son günlərdə İran Statistika Mərkəzinin oktyabr ayına aid ərzaq inflyasiyası məlumatlarını açıqladığı bir vaxtda verilib. Statistika mərkəzinin məlumatlarına görə, “Süd, pendir və yumurta” qrupu aylıq 4.7 faiz inflyasiya ilə ərzaq qiymətlərində ən yüksək artımı qeydə alıb.

Hökumətin, valyutanın vahid məzənnəyə çatdırılması məqsədi ilə dövlət valyutasının qiymətini sərbəst bazara yaxınlaşdırmaq üçün tədbirlər gördüyü bildirilir. Eyni zamanda, hökumət əsas ərzaq məhsulları üçün tətbiq edilən 28,500 tümənlik məzənnənin artırılmasını planlaşdırır ki, bu da gələn il ərzaq məhsullarının, o cümlədən ət və toyuq qiymətlərinin artmasına səbəb olacaq. Analitiklər hesab edirlər ki, bu addımlar, valyuta dalğalanmaları və inflyasiya təzyiqləri ilə birlikdə qiymətlərin ciddi şəkildə yüksəlməsinə səbəb olacaq.

visiontv.az



Seçilən
43
visiontv.az

1Mənbələr