AZ

“Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyada çıxış etdi

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Vene Kultuurikeskus teatrının səhnəsində çıxış edib.

Kulis.az xəbər verir ki, səfər Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Karyera Təhsil Akademiyası və Teatr və konsert şəbəkəsinin dəstəyi ilə reallaşıb.

Qastrol səfəri zamanı Xalq yazıçısı Anarın “Asqılıqda işləyən qadının söhbəti” hekayəsinin motivləri əsasında hazırlanan “Asılqan” tamaşası nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyevdir. Tamaşada əsas rolları aktyorlar Elşən Əsgərov və Ləman Mərrih ifa ediblər.

Tamaşa eston və rus dillərinə sinxron tərcümə edilsə də, teatr mədəniyyətinə həssas izləyicilər sənət dilinin, pyesdəki çoxşaxəli məna tutumunun tərcüməsiz də anlaşıldığını xüsusi vurğulayıblar.

Layihə rəhbəri, Estoniya Karyera Təhsil Akademiyasının təsisçisi Sənəm Əliyeva tamaşadan sonra çıxış edərək, Azərbaycanı Estoniyaya tanıdan silsilə tədbirləri keçirməkdə rəhbərlik etdiyi qurumun məqsədini açıqlayıb: “Niyyətimiz xalqlar arasında sağlam bağlar, dialoq qurmaq və bu yolla həm mədəniyyətdə, həm də təhsildə ənənə və təcrübə mübadiləsinə yardımçı olmaqdır.”

Qeyd edək ki, “Asılqan” tamaşasının işıq üzrə rejissoru Binyamin Sailov, bədii quruluş hissə müdiri Rauf Alıyev, səs rejissoru Samir Mehdiyevdir.

Seçilən
28
1
kulis.az

2Mənbələr