AZ

Dünya Qızıl Şurası: Qızıl tələbi artmağa davam edəcək

"Faiz dərəcələri azaldıqca, qızıl daha da cəlbedici olur".

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bunu Dünya Qızıl Şurasının (WGC) Araşdırma Başçısı Juan Karlos Artiqos deyib.

Onun sözlərinə görə, qızıl investisiyası və tələbatındakı artım tendensiyası davam edəcək:

"Son bir neçə ildə davam edən geosiyasi gərginlik qızıla tələbatı artırıb. İnsanlar xüsusilə riskdən qorunmaq üçün qızıldan istifadə edirlər və risk artdıqca qızıla investisiya etmək imkanı da artır. Qızılın qiyməti çox sürətlə artarsa, bu, istehlak üçün potensial problemlər yarada bilər".

Gülşən Şərif

Seçilən
30
bakivaxti.az

1Mənbələr