“Hyundai” zavodu bir sutkalıq elektriklə işləyən avtomobillərin istehsalını dayandırıb
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şirkətin mətbuat katibi Petr Miçnik məlumat verib.
Bildirib ki, Çexiyanın şimal-şərqindəki Nosovice kəndində yerləşən “Hyundai” zavodu tələbatın az olması səbəbindən bir gün ərzində elektriklə işləyən avtomobillərin istehsalını dayandırıb.
Qeyd edilib ki, “Hyundai” zavodunda elektromobillərin istehsalı üzrə istehsal xətti noyabrın 1-dən dayandırılıb.