AZ

Oğurlanaraq İrana qaçırılan şəxs edam edildi: Qalmaqal başladı

Almaniya mətbuatı İranla münasibətlərə geniş yer ayırıb.

Belə ki, Almaniya vətəndaşı Cəmşid Şahmahd (Djamshid Sharmahd) bazar ertəsi günü İranda edam edilib. İran məhkəmə sistemi bu barədə məlumat yayıb.

"Cebheinfo.az" xəbər verir ki, 2023-cü ilin yanvarında çıxarılan hökm icra edilib.

Çəmşid 2020-ci ildə Dubaya səfəri zamanı İran kəşfiyyatı tərəfindən oğurlanaraq İrana qaçırılıb. O vaxtdan bəri İranda həbsdə saxlanılıb. Uzun müddət ailəsi ilə əlaqə saxlamaq imkanı olmasa da, 2023-cü ilin iyulunda ilk dəfə qızı ilə telefonla danışmağa icazə verilib. İran qanunlarına görə, edam məhbuslarına qohumları ilə vidalaşmağa icazə verilir.

İran məhkəməsi Cəmşid Şahmand 2008-ci ildə İranın Şiraz şəhərində məscidə edilən terror aktının təşkilatçılarından biri olmaqda ittiham edilib. Həmin cinayət işi üzrə daha üç nəfər də edam edilib.

Məhkəmə prosesindən əvvəl Şahmahdinin terrorda iştirakını etiraf etməsi haqqında verdiyi müsahibə İranın milli televiziyada yayımlanıb. Almaniya mətbuatı hesab edir ki, bu, ona verilən işgəncələrin nəticəsi olub.

İran məhkəmə orqanlarının məlumatına görə, həmin terror aktı 14 nəfərin ölümü ilə nəticələnib.

edam ediləndən sonra Almaniyada fəaliyyət göstərən İran İslam Respublikasının 3 konsulluğunun bağlanması haqqında qərar qəbul edilib. Almaniya rəsmiləri hesab edirlər ki, Cəmşid Şahmahd ona qarşı irəli sürülən ittihamlara qarşı məhkəmədə özünü müdafiə etmək imkanı belə verilməyib.

Almaniyanın Tehrandakı səfiri Markus Potzeli də məsləhətləşmələr üçün Berlinə çağırılıb.

Cəmşid Şahmahd eyni zamanda İran vətəndaşı olub.

Seçilən
45
cebheinfo.az

1Mənbələr