AZ

Rusiya təyyarəsi Belqorod vilayətinə yenə bomba düşürüb

Rusiya hərbçiləri Belqorod vilayətinin Puşkarnoye kəndində yaşayış binalarının yaxınlığında yüksək partlayıcı FAB-500 bombasını salıblar.

Herbiand.az bildirir ki, bu barədə Astra nəşri bölgənin fövqəladə hallar xidmətindəki mənbəyə istinadən yazıb.

Nəşrin mənbəsinin məlumatına görə, sursat oktyabrın 28-də tarlada aşkarlanıb və partlamayıb. Puşkarnoye kəndi Belqoroddan 6 km aralıda yerləşir.

Bu, Rusiya mərmilərinin öz ərazisinə düşməsi ilə bağlı ilk hadisə deyil. Nəşrin hesablamalarına görə, bu il Rusiya hərbi aviasiyası Belqorod vilayətinə, eləcə də Ukraynanın işğal olunmuş ərazilərinə 138 bomba salıb.

Ən çox FAB-250 və FAB-500 bombaları düşür. Bu cür döyüş sursatları fövqəladə vəziyyətdə partlamır. Mərmilər aşkar edildikdən sonra texniki işçilər tərəfindən məhv edilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
47
herbiand.az

1Mənbələr