AZ

“Çempionluq yolunda inamlı qələbə qazandıq”

Futbol üzrə ölkə çempionatının 2-ci liqasında 8-ci tura “Hypers Quba” – “Şahdağ Qusar” matçı ilə yekun vuruldu.

Qusarlılar inamlı qələbə ilə çempionluq yolunda daha bir addım atdı. “Şahdağ Qusar”ın baş məşqçisi Elnur Abdullayev oyunla bağlı “Futbol+”ə bunları dedi:

“Hypers Quba” çempionluq yolunda əsas rəqiblərimizdən biridi. Bütün oyunlara ciddi hazırlaşırıq. Bu matç da öz yerində. Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. Oyunun ağır keçəcəyini bilirdim. Biz süni ot örtüyündə məşq edirdik. Burda isə təbii ot örtüyü idi. Komanda istədiyim oyunu nümayiş etdirdi. İkinci yarıda meydança amili öz sözünü dedi. Futbolçularım belə meydançaya öyrəşməyib. Bir qədər yorulduqlarını hiss etdim. Buna baxmayaraq, çempionluq yolunda inamlı qələbə qazandıq. Əsas rəqiblərimizdən birinə qalib gəldik. Komandamdan razıyam. Hədəfimiz çempion olmaqdı. 8 turdan sonra ilk pillədə qərarlaşmışıq. Qarşıda ağır oyunlarımız var. Nəsə söyləmək tezdi. Oa görə də hər oyuna final kimi baxırıq. Komandamda hər şey yüksək səviyyədədi. Həm kollektiv, həm də ailə olaraq, hər şey qaydasındadı. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, çempionluğu əldə edək".

ƏSƏD SEYİDOV
Seçilən
44
football-plus.az

1Mənbələr