Çində yerləşən e-ticarət nəhəngi “Temu” Avropa Birliyinin (AB) yeni qaydalarını pozduğu üçün istintaq altındadır.

İndex.az xəbər verir ki, Komissiya, Rəqəmsal Xidmətlər Qanununun (DSA) əhatə dairəsinə daxil olan “Temu”nun qanuna uyğunluğunu təmin etmək üçün ən ciddi nəzarətə tabe olacağını açıqladı.

Bu qanun onlayn platformaları təmizləmək və internet istifadəçilərinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan hərtərəfli tənzimləmədir. Cəmi iki il ərzində Qərb bazarına daxil olan və 92 milyon istifadəçiyə çatan “Temu” geyimdən tutmuş məişət məhsullarına qədər geniş çeşiddə ucuz məhsullar təklif etməklə diqqəti çəkir.

“Pinduoduo Inc.” ilə əlaqəli olan şirkət məhsullarının əksəriyyətini Çindən təmin edir. Bununla belə, Aİ rəsmiləri bu məhsulların etibarlılığı ilə bağlı narahatlıqlarının olduğunu və saxta məhsulların yayılmasının qarşısını alacaqlarını açıqlayıb.

Aİ Komissiyası təkcə saxta məhsullara deyil, həm də “Temu”nun asılılıq yaradan mexanizmləri ehtiva edən oyunlaşdırılmış mükafat proqramlarına diqqət çəkir. Bu cür risklərin qarşısını almaq üçün şirkət tərəfindən görülən tədbirlər araşdırılarkən, məlumat mübadiləsi və tövsiyə sistemlərinin şəffaflığı kimi DSA-nın digər şərtlərinə uyğunluğu da qiymətləndirilir.

Avropa Birliyi “Temu”dan istifadəçi profillərinə əsaslanan tövsiyə sisteminə şəffaf bir seçim təqdim etməsini tələb etsə də, “Temu” cəbhəsindən bu vəziyyətlə bağlı hələlik heç bir cavab verilməyib.