Türkiyənin milli güləşçisi Ahmet Duman Albaniyanın paytaxtı Tiranada keçirilən Qeyri-Olimpiya Çəki Güləş Çempionatında sərbəst üsulla 61 kiloqramda gümüş medal qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Güləş Federasiyasından verilən məlumata görə, Ahmet Duman finalda yaponiyalı Masanosuke Ono ilə qarşılaşıb.
Rəqibinə məğlub olan Əhməd çempionatı gümüş medalla başa vurub.
Türkiyə ümumilikdə çempionatı 1 gümüş və 1 bürünc medalla başa vurub.