AZ

Azərbaycan çempionatında qeyri-adi hadisə: Təmiz qol qeydə alınmadı

Minifutbol üzrə ölkə çempionatında maraqlı hadisə yaşanıb.

Publika.az xəbər verir ki, 5-ci tur çərçivəsində baş tutan “Göyçə” - “Bakı 145” matçında təmiz qol qeydə alınmayıb.

Birincilərin 14 nömrəli futbolçusu Oruc Məmmədovun cərimə zərbəsindən vurduğu top qapı xəttindən keçsə də, qol hesaba alınmayıb. Futbolçuların etirazılarına rəğmən hakimlərin qərarı dəyişməyib.

Bununla belə görüş “Göyçə”nin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Seçilən
40
publika.az

1Mənbələr