Rusiya hərbçiləri Belqorod vilayətinin Puşkarnoye kəndində yaşayış binalarının yaxınlığına səhvən FAB-500 güclü partlayıcı bomba atıblar.
Bu barədə “Astra” nəşri bölgənin fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, sursat oktyabrın 28-də partlamamış halda sahədə aşkar edilib. Puşkarnoye kəndi isə Belqoroddan 6 km aralıda yerləşir.
Nəşr qeyd edir ki, Rusiya mərmilərinin Rusiya ərazisinə düşməsi ilk hal deyil:
“Bu il Rusiya hərbi aviasiyası Belqorod vilayətinə, eləcə də Ukraynanın işğal olunmuş ərazilərinə səhvən 138 bomba atıb. Ən çox FAB-250 və FAB-500 bombası atılıb, tipik olaraq bu cür döyüş sursatları fövqəladə vəziyyətdə partlamır. Aşkar edildikdən sonra mərmilər partlayıcı texniki işçilər tərəfindən məhv edilir. Rusiya ordusu Donetsk vilayətində cəbhədə, eləcə də Xarkova hücumlar üçün oxşar silah növündən istifadə edir. Bu cür hadisələrin uçuşdan əvvəl təyyarənin silahlanmasında düzgün olmayan prosedurlar və ya missiyalar zamanı ekipajın yanlış hərəkətləri səbəbindən baş verdiyini təsdiqləmək mümkün deyil”.
Ukraynaya məxsus PUA Stavropol diyarının Svetloqrad şəhərindəki neft bazasının ərazisinə düşüb. Bu barədə regionun rəhbəri Vladimir Vladimirov Teleqram kanalında yazıb. O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb: “Bu gecə Svetloqradda neft bazasının ərazisinə pilotsuz təyyarə düşüb. Ölən və yaralananlar olmayıb. Aidiyyəti qurumlar hadisə yerindədir”.
Qeyd edək ki, Svetloqrad Stavropolun Petrovski rayonunda yerləşir. Neft bazası isə şəhərin sənaye zonasında yerləşir.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 14.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Mehman İsmayılovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat