Həftə ərzində 54 ukraynalı hərbçi təmas xəttində əsir götürülüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi Telegram kanalında məlumat yayıb.
Nazirlik Rusiya qoşunlarının Qərb qrupunun məsuliyyət zonasında, eləcə də Soledar-Baxmut və Cənubi Donetsk istiqamətlərində ukraynalı hərbçilərin mənəvi-psixoloji durumunun son dərəcə aşağı səviyyədə olduğunu bildirib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural