AZ

Təmiz qolu qeydə alınmayan oyunçu: “Görmədiklərini dedilər”

Azərbaycan Minifutbol Liqasında qeyri-adi hadisə yaşanıb.

İdman.biz xəbər verir ki, 5-ci turun “Göyçə” - “Bakı 145” matçında birincilərin oyunçusu Oruc Məmmədovun cərimə zərbəsindən vurduğu qol hakimlər tərəfindən qeydə alınmayıb.

Onlar təmiz qolun dirəkdən döndüyünə işarə ediblər.

Məmmədov əməkdaşımızla söhbətində bildirib ki, ədalət təmsilçiləri səhvlərinə baxmayaraq, matçdan sonra üzrxahlıq belə etməyiblər: “Oyundan sonra da etirazımızı bildirdik. Sadəcə, qolu görmədiklərini dedilər. Bu top qeydə alınsaydı, oyunun nəticəsi daha fərqli olacaqdı”.

Qeyd edək ki, matç “Göyçə”nin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Emin Ağa
İdman.biz

Seçilən
95
idman.biz

1Mənbələr